Qriqorçuk: “Emosiyalarımız müsbətdir”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Emosiyalarımız müsbətdir. Biz çox güclü bir komandanı məğlub etməyi bacardıq. Bəlkə, istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Amma istədiyimiz tərzdə oynadıq. Buna görə çox məmnunam. Komandamı təbrik edirəm. Öncəki turlarda hakim səhvləri olmasaydı, daha çox xal qazanardıq. Onlara daha yüksək səviyyəyə çatmağı arzulayıram”.

Həmin kateqoriyadan