Qurban Qurbanov: “Çox səhv etdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Maraqlı və qollu bir qarşılaşmanın şahidi olduq. Çox düşünməyi tələb edən bir oyun idi. Birinci hissədə müdafiədə çox səhv etdik. Bunun üzərində işləməliyik. Daha diqqətli olmalıyıq. İkinci hissədə toparlanıb, daha yaxşı oynadıq, qələbə qazandıq. “Bakı” topla çox yaxşı oynayan komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan