Qusarda “Qızlar futzal kuboku”

AFFA-nın təşkilatçılığı ilə Qusarda 14 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” keçiriləcək.

Allsport.az xəbər verir ki, turnirin ilk günü 12 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq.

İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.

UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar futzal kuboku” yarışı ümumilikdə 5 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə qızlar futzal liqasının yaradılmasıdır.

Həmin kateqoriyadan