Rəşad Sadıqov: “Bir yerdə “Qarabağ” adı varsa, bu böyük məsuliyyətdir”

19 yaşadək ibarət futbolçulardan ibarət “Qarabağ” klubu “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edərək, sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, qalib komandamızın baş məşqçisi Rəşad Sadıqov çempionluq haqda öz fikrini qarabagh.com-a bildirib:

“Çox sevincliyəm. Məşqçi kimi çempionluğu yaşadım, bu, mənim üçün fərqli, xoş hisslərdir. Çempionluq asan olmadı, “Neftçi”, “Qəbələ”, “Zirə” kimi güclü rəqiblərimiz var idi. İlk turdan son turlara qədər gərgin mübarizə getdi. Şükürlər olsun, yaxşı nəticə əldə edə bildik. Futbolçularıma təşəkkür edirəm, ilk gündən sona qədər vuruşdular, inandılar.

Mənə etimad göstərdiklərinə görə, klub rəhbərliyinə təşəkkürümü bildirirəm. İstər U-12, istərsə U-13 və istərsə də U-19 komandasında olsun, bir yerdə “Qarabağ” adı varsa, bu böyük məsuliyyətdir. Yalnız birinci olmalısan deyə bir şey yoxdur, amma olduqda da adama xoş təsir bağışlayır.

“Qarabağ”ın kapitanı  məşqçi kimi qazandığı uğuru daha üstün sayıb: “Futbolçu kimi çempionluq yaşayanda bu qədər sevincli olmamışdım. Məşqçi işi daha çətin və həyəcanlıdır. Çünki özün meydançada ola bilmirsən, kənardan izləmək, gedişata təsir etmək daha çox çətindir. Daha məsuliyyətli olmalısan ki, meydanda onun bəhrəsini görə biləsən”.

Həmin kateqoriyadan