Rəşad Sadıqov: “İlk hissədə daha yaxşı oynadıq”

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilən oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:0 hesablı qələbədən sonra bunları söyləyib:

“İlk hissədə yaxşı oynadıq. Erkən qol vurmaq istəyirdik və buna nail olduq. Amma bu qədər tez fərqlənəcəyimizi gözləmirdim. Malta meydanın mərkəzində bizə pressinq tətbiq edirdi.

Hələ birinci hissədə başqa qol şanslarımız da var idi, amma bunlardan yararlana bilmədik. İkinci hissədə rəqib taktikanı dəyişdiyindən, müdafiədən oynamağa başladıq. Sonda daha bir qol vurmağımız hər kəsi rahatlaşdırdı və qələbə qazandıq”.

Həmin kateqoriyadan