Rəşad Sadıqov: “Qələbəyə çox ehtiyacımız var”

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması ilə keçirəcəyi oyun ərəfəsində Azərbaycan milli komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, komandamızın kapitanı Rəşad Sadıqov bunları söyləyib:

“Yaxşı məşqlər keçmişik. Oyuna hazırıq. Əlbəttə, rəqibin gücünü şişirtmək istəmirəm, amma asan olmayacaq. Mətbuatın da, azarkeşlərin də dəstəyinə ehtiyacımız var. Toplanışda iştirak edən hər bir futbolçu bu oyunda meydana çıxmaq istəyir. Qələbəyə çox ehtiyacımız var”.

Həmin kateqoriyadan