“Rəvan” çempion olub

Allsport.az xəbər verir ki, futzal üzrə Azərbaycan kubokunun final mərhələsində “Rəvan” “Xan Lənkəran”a qalib gəlib (5:4)

Finaldan sonra mükafatlandırma mərasimi keçirilib.

Baku Fayr-3” komandasına bürünc, “Xan Lənkəran”a gümüş medallar verilib.

Liqanın qalibi olmuş “Rəvan” komandasına qızıl medallar və kubok təqdim olunub.

Mövsümün bombardiri “Rəvan”ın hücumçusu Eyvaz Tağıyev olub.

Hücumçu mövsüm ərzində 42 qol vurub. Aydın Bəyişli (“Xan-Lənkəran”) ən yaxşı qapıçı, Təmkin Xəlilzadə (“Rəvan”) ən yaxşı oyunçu, Hüseynağa Hüseynov (“Baku Fayr-3”) isə ən yaxşı baş məşqçi seçilib.

Final oyununu idarə etmiş hakimlərə və hakim-inspektora diplomlar təqdim olunub.

Həmin kateqoriyadan