- Baxış sayı: 70
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

«Xorvatiya komandası güclü rəqibdir. Amma biz istəyirdik öz oyunumuzu oynayıb, qələbə qazanaq». Allsport.az saytının məlumatına görə, bunu adı çəkilən milliyə qarşı matçda ən yaxşılardan olan yarımmüdafiəçi Rahid Əmirquliyev dedi. «Xəzər-Lənkəran»ın futbolçusu bildirdi ki, qolsuz heç-heçəni də normal nəticə sayır:
«Rəqib qrup liderlərindəndir. Səfərdə onlara böyük hesabla uduzmuşduq. Amma cavab oyununda nəyə qadir olduğumuzu göstərdik. Bir neçə gün sonra Malta komandası ilə çətin səfər matçımız var. Çalışacağıq ki, həmin görüşdən 3 xalla qayıdaq».