- Baxış sayı: 62
- 21 Sentyabr 2026 23:45
- Baxış sayı: 78
- Sentyabr 24, 2026
- 0
Almaniyanın U-17 yığmasının baş məşqçisi Mikael Şonvayts sabah Bakıda start götürəcək AÇ-2016 öncəsi fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, yarışla bağlı bunu söyləyib:
“Azərbaycanda olmaqdan məmnunuq. Bizi burada yaxşı qarşıladılar. Renat Dadaşova burada böyük maraq var. Bu da normaldır. Çünki o, azərbaycanlıdır.
Amma bu, onun Almaniya millisinin oyunlarına köklənməsinə mane olmur. Ona inanıram və nəyə qadir olduğuna bələdəm. Bilirəm ki, bizə köməyi dəyəcək”.