Robert Prosineçki: “Bizə qələbə lazımdır”

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması ilə keçirəcəyi oyun ərəfəsində Azərbaycan milli komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, Robert Prosineçki bunları söyləyib:

“Beş gündür komanda bir yerdədir. Hazırlıqdan razıyam. Sabahkı (bu günkü) oyunu böyük həvəslə gözləyirik. Hətta istək o qədər böyükdür ki, stərdim bu gün oynayaq. Bizə qələbə lazımdır. Futbolçularıma inanıram. Ab-hava yaxşıdır. Əgər öz oyunumuzu göstərə bilsək, qələbə qazanacağıq. Mən buna inanıram. Komanda hazırdır, motivasiya yüksəkdir. Məşq prosesində istədiyimi görürəm. İnanıram ki, futbolçular öz potensiallarını oyunda göstərə biləcəklər. Ümid edirəm ki, sabah tribunalar dolu olacaq və biz evə qələbə ilə gedəcəyik”.

Həmin kateqoriyadan