Roman Qriqorçuk: “Biz nə 4-cü, nə də 3-cü olmaq barədə düşünürük”

Azərbaycan kubokunda 2014/15 movsumunun finalcıları muəyyənləşdi. Allsport.az xəbər verir ki, “Qarabağ” “Simurq”la, “Neftci” isə “İnter”lə yarımfinal duelindən qalib ayrıldı. Ağdam təmsilcisinin evdəki ilk oyunda qazandığı 1:0 hesablı qələbə bu komandanı finala cıxardı. Cunki Zaqataladakı cavab matcında hesab acılmadı. “Neftci” isə səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzsa da, bu, paytaxt klubunun finala cıxmasına mane olmadı. Cunki ilk oyun 2:0 “Neftci”nin qələbəsi ilə nəticələnmişdi.

Kubokun yarımfinal oyunlarının nəticələrı “Qəbələ”nin işinə yaradı. Belə ki, “Simurq”un yarışdan kənarda qalması çempionatda 4-cü yeri tutan komandanın da Avropa Liqasında iştirak edəcəyini dəqiqləşdirdi. Hazırda bu pillədə qərarlaşan “qırmızı-qaralar” xal hesabında “Simurq”dan irəlidədir.

Baş məşqçi Roman Qriqorçuk avrokuboklara vəsiqə hələ rəsmiləşmədiyindən təbrikə lüzum görmür: “Razıyam, yarımfinal oyunlarının nəticələri “Qəbələ”yə psixoloji üstünlük qazandırıb. Belə deyərdim, hazırda üzərimizdə güclü təzyiq yoxdur. Lakin bununla belə, əsas vəzifə qarşıdakı oyunlara qələbə ruhunda köklənməkdir. Şəxsən mən indidən hadisələrin hansı məcrada davam edəcəyini düşünməklə beynimi yormuram. Onu bilirəm ki, gücümüzü buna sərf etməməli, yalnız işləməli və irəli baxmalıyıq. Onda hər şey istədiyimiz kimi olacaq”.

“Qırmızı-qaralar” son səfər oyunlarında qazandığı 6 xaldan sonra ardıcıl 2-ci mövsümdə bürünc medalçı olmaq şansını artırıb. Baş məşqçinin bu məsələyə də baxışı birmənalı deyil: “Biz nə 4-cü, nə də 3-cü olmaq barədə düşünürük. Hazırda bütün diqqətimizi növbəti matça yönəltmişik. Məqsədimiz bundan sonra keçirəcəyimiz 4 oyunun hamısında qalib gəlməkdir”.

Həmin kateqoriyadan