Rövnəq Abdullayev: “Bu, hələ başlanğıcdır”

AFFA prezidenti Rövnəq Abdullayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyunu şərh edib. Allsport.az xəbər verir ki, 2:0 hesablı qələbədən sonra o, bunları söyləyib:

“Vacib oyun idi. Yaxşı ki, qalib gəldik. Bu, həm də Robert Prosineçkinin ilk qələbəsi oldu. İlk dəfə əcnəbi məşqçi debüt oyununda millimizi qələbə ilə sevinirdi. Layiqli qələbə qazandıq. Malta sıradan rəqib deyil.

Onlar səfərdə Bolqarıstandan xal almağa nail olmuşdular. Bizim komandamız isə daha da inkişaf etməlidir, daha yaxşı oynamalıdır. Hesab edirəm ki, bu, hələ başlanğıcdır. Millimizə gələcək oyunlarında uğurlar arzulayıram”.

Həmin kateqoriyadan