- Baxış sayı: 42
- 02 Sentyabr 2026 21:46
- Baxış sayı: 57
- Sentyabr 23, 2026
- 0
Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ruslan Qurbanovun komandası – “Hayduk” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Osiyek”lə üz-üzə gəlib. Matç həmyerlimizin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ruslan matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Split təmsilçisi hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.