- Baxış sayı: 124
- 03 Aprel 2026 16:29
- Baxış sayı: 127
- May 04, 2026
- 0
Xorvatiya çempionatında 28-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası – “Hayduk” da növbəti matçına çıxıb.
Split klubu səfərdə “İstra” ilə qarşılaşıb. Matç “Hayduk”un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan bu qarşılaşmada forma geymək şansı qazanmayıb.
Qeyd edək ki, “Hayduk” hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.