Ruslan Qurbanovun yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası – Xorvatiyanın “Hayduk” klubunun yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, Split təmsilçisini bundan sonra Hari Vukas çalışdıracaq.

Qeyd edək ki, bir neçə həftə öncə Stanko Poklepoviçin istefasından sonra komandanı oyunlara Qoran Vuçeviç çıxarırdı. Amma son uğursuzluqlar klub rəhbərliyini yeni baş məşqçi axtarışına çıxmağa məcbur edib. Nəticədə splitlilər Vukasla anlaşıblar.

Maraq üçün qeyd edək ki, Vukas əvvəllər “Hayduk”da köməkçi məşqçi kimi çalışırdı.

Həmin kateqoriyadan