Sənan Qurbanov: “Özünəinam hissini qaytardıq”

“Qəbələ”nin məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin gənc çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İlk növbədə “Qarabağ”ı Avropa Liqasındakı uğurlarına görə təbrik edirəm. Çempiona qarşı oynadıq. Futbolçularıma təşəkkür edirəm. Hesabda geri düşməyimizə baxmayaraq, oyunçular xarakter göstərdilər. “Qarabağ”a qarşı oynamaq çətindir. Futbolçulara təşəkkür edirəm ki, xarakter göstərdilər. Komandamız 6-cı yerə layiq deyil. Biz oyunla bunu bir daha göstərdik. Daha da irəli getmək lazımdır. Məşq prosesində dəyişiklik etdik. Psixoloji gərginlik olduğu üçün məşqləri daha əyləncəli etdik. Eyni zamanda, futbolçularda özünəinam hissini qaytardıq”.

Həmin kateqoriyadan