- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Beynəlxalq velosipedçilər ittifaqının (UCI) 2.1 dərəcəli Bakı-Xankəndi veloturunda 3-cü mərhələ arxada qaldı. Allsport.az saytı xəbər verir ki, qoşaçarxçılar Qəbələdə başladılar, Mingəçevirdə bitirdilər. Mətbuat konfransında Azərbaycan velosiped idmanı federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bunu dedi:
“Azərbaycan velosiped yarışı yüksək səviyyədə davam edir. Çox ölkədə veloturları izləmişəm. Bizim yollar keyfiyyət baxımından digərlərindən geri qalmır. Gələnlər burada şəraiti görüb təəccüblənirlər. Hava şəraiti də yaxşıdır. Qarşıda təşkilatçılrı və idmançıları 2 ağır mərhələ gözləyir. Ümid edirəm ki, həmin etaplar da uğurla tamamlanacaq”.