“Diklə dağ yolunu qalxmaq hər yürüşdə çətinlik yaradır”

Beynəlxalq velosipedçilər ittifaqının (UCI) 2.1 dərəcəli Bakı-Xankəndi veloturunda 2-ci mərhələdə qalib adını Qazaxıstanın “XDS Astana” dünya turu komandasının üzvü Yevgeni Fyodorov qazandı. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında əlavə olaraq mavi (ümumi təsnifat) və yaşıl (ən yaxşı sprinter) köynəklərin sahibi çıxışını belə dəyərləndirdi:

“İlkin mərhələdə əsas rəqabətə 30, sonra daha 10 velosipedçi qoşuldu. Diklə dağ yolunu qalxmaq hər yürüşdə çətinlik yaradır. Buna rəğmən, gözəl mənzərənin seyrində sonadən uğurlu yol qət etdik. Bizdə komanda ruhu önəmlidir.

O üzdən əvvəlcədən bilmək olmazdı, komandam mənə işləyəcəkdi, yoxsa digərinə. Finişə yaxın məsafədə həmkarlarla qısa dialoq oldu. Hər məqamda bir-birimizi anlayırıq, yola veririk. Sabahdan yürüş daha çətinləşəcək. Öncüllüyü özümdə saxlamağa çalışacağam”.

Bu mərhələ paytaxtda “Sea Breeze”dən başlamaqla, İsmayıllıya qədər 193,3 km məsafəni əhatə etdi. 2-ci yarış günü daha çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirdi.

Həmin kateqoriyadan