- Baxış sayı: 46
- 11 May 2026 19:01
- Baxış sayı: 24
- May 11, 2026
- 0

Beynəlxalq velosipedçilər ittifaqının 5-günlük Bakı-Xankəndi ötüşməsində Qazaxıstanın “XDS Astana” dünya turu komandası uğurlu çıxış edir. Allsport.az saytı xəbər verir ki, heyətin rəhbəri olimpiya çempionu Aleksandr Vinokurov KİV-ə açıqlamasında 2.1 dərəcəli yarış barəsində yüksək fikir söylədi:
“İlk 2 gündə hər hansı bir nöqsanla qarşılaşmamışıq. Ümid edirəm sonacan belə olacaq. Azərbaycan təşkilatçılıqda hər zaman mahirdir. Bunca tədbirlərdə təhlükəsizlik önəmlidir. Mehmanxanaları gördükdə, səviyyənin hansı dərəcədə olduğunu görürsən.
Velosiped idmanının turuzmə də böyük faydası var. Məncə, Azərbaycanda gəzməli-görməli yerlər çoxdur. Tamaşaçılar televiziya vasitəsi il gözəl mənzərələri seyr edikcə, həmin ölkəyə valeh olurlar”.
Kamran HACI, İsmayıllı