- Baxış sayı: 277
- 15 May 2026 22:39
- Baxış sayı: 54
- May 20, 2026
- 0

Azərbaycan velosiped idmanı federasiyasının üzvü Elgün Əlizadə İsveçrənin Eqle şəhərində keçirilən “Səviyyə-2” məşqçilik məşğələsini uğurla bitirib. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq olimpiya komitəsinin olimpiya həmrəyliyi fondunun dəstəyi ilə təşkil olunan kurs çərçivəsində həmyerlimiz beynəlxalq səviyyədə nəzəri və təcrübi biliklərini artırıb. O, proqramı uğurla tamamlayaraq müvafiq sertifikatla təltif olunub.
Bu müddətində məşqçi fiziologiya, psixologiya, qidalanma və performans analizi kimi mühüm sahələr üzrə dərslərdə iştirak edib. Bununla yanaşı, mexaniki biliklərini də təkmilləşdirərək velosipedlərin texniki baxışı üzrə bacarıqlarını artırıb.
Bu proqram Elgün Əlizadənin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, Azərbaycan velosiped idmanının gələcək inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Onun beynəlxalq səviyyədə qazandığı bilik və bacarıqlar yeni nəsil idmançıların yetişdirilməsində və ölkəmizin beynəlxalq idman arenasında daha güclü təmsil olunmasında mühüm rol oynayacaq.