- Baxış sayı: 92
- 11 May 2026 17:04
- Baxış sayı: 62
- May 11, 2026
- 0

“Çox şadıq ki, qardaş Qazaxıstanın nümayəndəsi, bizim fəxri qonağımız Aleksandr Vinokurovun komandasının təmsilçisi bu yarışda ən yüksək nəticə göstərdi. Təşkilatçılıq yüksək səviyyədədir. Biz istəyirik ki, keçmişdə olan səviyyəmizi ilk sınaqda ortaya qoyaq və sonradan tədricən daha irəli gedək”.
Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan velosiped idmanı federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov mətbuat konfransında dedi. Onun sözünə görə, AVİF-in hədəfi daim irəlilələməkdir:
“Zatən bu bizim şüarımızdır. Beynəlxalq velosipedçilər ittifaqında Bakı-Xankəndi veloturu ilə bağlı təbliğat çarxında niyyətimiz açıq göstərilir: “Qabağa gedirik!”. Aprelin 1-indən həmin görüntü “Avrosport” və “Avronyus”da yayımlanır. Velosiped idmanının fəlsəfəsi də budur. O üzdən ancaq irəli getməliyik”.