“Astana”nın qoşaçarxçısı: Növbəti 2 mərhələ çətin olacağından, bu gün gücümüzü qoruduq

2.1 dərəcəli Azərbaycan velosiped yarışının 3-cü mərhələsində qalib adını Qazaxıstanın “XDS Astana” dünya turu komandasından Qleb Siriça qazandı. Allsport.az saytı xəbər verir ki, qoşaçarxçılar Qəbələdən Mingəçevirədək 162,9 km məsafə qət etdilər. Mətbuat konfransında asiyalı idmançının təəssüratı belə oldu:

“Azərbaycan velosiped yarışında barədə yüksək fikirdəyəm. Rqabət xoş ovqat yaradır. Lider köynəyini əlimidə saxladığımıza görə də şadam. Bu, ilkin tapşırığın yerinə yetirilməsidir. Növbəti 2 mərhələ çətin olacaq. Həmin səbəbdən gücümüzü qoruduq və əsasən rəqiblərə sürməyə fürsət yaratdıq”.

Kamran HACI, Mingəçevir

Həmin kateqoriyadan