“Şamaxı” çempion olub

Allsport.az xəbər verir ki, “Şamaxı” və MUM oyunu başa çatdıqdan sonra 1-ci liqanın 2022-2023-cü il mövsümünü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb.

Əvvəlcə final oyununun hakimləri – Ziya Nəsirov, Ceyhun Hüseynov və Kənan Məlikov – fəxri kürsüyə dəvət olunub. Ardınca hakim-inspektor Ramiz Əsədova diplom verilib.

32 qol vuran Elçin İsmayılov (“Şamaxı”) ən məhsuldar oyunçu olub.

MUM-dan Elmar Qasımov ən yaxşı qapıçı, “Şamaxı”dan Vüsal İsayev ən yaxşı oyunçu, “Şamaxı”nın çalışdırıcısı Fuad Rzayev isə ən yaxşı baş məşqçi seçilib.

“Bakı Fire-2”yə bürünc, MUM gümüş, “Şamaxı” isə 1-ci liqanın 2022-2023-cü il mövsümünün qalibi kimi qızıl medal, eləcə də komandaların hər birinə müvafiq diplomlar verilib. Sonda “Şamaxı”ya çempionluq kuboku təqdim olunub.

Mükafatları Azərbaycan futzal federasiyasının vitse-prezidenti Elşən Abasov, “Şamax”ı klubunun idarə heyətinin sədri Elçin Usub, müxtəlif illərdə futzal üzrə Azərbaycan milli komandasının kapitanı olmuş Marat SalyanskiVitali Borisov, federasıyanın əməkdaşı Xosrov Məmmədov təqdim ediblər.

Həmin kateqoriyadan