Sambo üzrə Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2001-2002-ci il təvəllüdlülər arasında sambo üzrə Bakı birinciliyi keçirilib. Allsport.az xəbər verir ki, birincilikdə 152 idmançı 11 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Yarışda Rüfət Novruzəliyev (32 kq), Məhəmməd Təhməzzadə (35 kq), Nicat Məmmədli (38 kq), Nicat Qasımov (42 kq), Əjdər Əsədov (46 kq), Rəhim Bayramlı (50 kq), Ruslan Quluzadə (54 kq), Hümmət Mehdiyev (59 kq), Elcan Omarov (65 kq), Ramiz Sadıqlı (71 kq), Qəni Əliyev (71 kq-dan yuxarı) birinci yerə layiq görülüblər.

İlk üçlüyü tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Həmin kateqoriyadan