- Baxış sayı: 53
- 04 Oktyabr 2024 14:34
- Baxış sayı: 3
- Oktyabr 10, 2024
- 0
Sentyabrın 26-sında yüksək liqada yeni mövsümünə start veriləcək. Allsport.az saytı xəbər verir ki, iştirakçı komandalardan biri də 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi olacaq. Baş məşqçi İlqar Aslanov hazırkı durum barədə məlumat verib:
“Avqustun 23-dən məşqlərə başlamışıq. Ona qədər Belarusda keçirilən turnirdə iştirak etdik. Geri döndükdən sonra heyətin demək olar, əksəriyyətini dəyişdik. Seleksiya xarakterli hazırlıq prosesində iştirak edənlər arasında ötən il U-17-nin formasını geyinən futzalçılar da var. Yeniləri də sınadıq ki, görək, güclü olanları varsa, komandaya dəvət edək.
Seçim imkanımız azdır. Komandanın adı U-19 olsa da, üzvlərimizin hamısı 16-17 yaşlılardır. Əlbəttə, çətin olacaq. Digər tərəfdən Yüksək Liqa futzalçıların təcrübə toplaması, oyunlarda “bişməsi” üçün bir platformadır. Komandanın əsas tapşırığı Avropa çempionatı ilə bağlıdır.
Klubları izləyirik, diqqətimizi cəlb edən oyunçular olur, danışırıq, komandaya dəvət edirik. Amma əksəriyyəti futbolu seçir. Yenə ruhdan düşmürük, işimizi davam etdiririk. Çalışırıq ki, 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə qədər yaxşı komanda quraq”.