FOTO
“Simurq” AzAL-la oyuna hazırlıqları tamamlamaq üzrədir

Topaz Premyer Liqasının 27-ci turunda doğma arenada AzAL-la qarşılaşacaq “Simurq” tam heyətlə hazırlıqları davam etdirir. Allsport.az xəbər verir ki, bu gün növbəti məşqinə çıxan Zaqatala klubu xüsusən taktiki ağırlıqlı tapşırıqları yerinə yetirib.

Zaqatala təmsilçisi sabah son çalışmalarını yerinə yetirəcək. Bundan sonra isə istirahətə çəkilərək, görüşün başlama vaxtını gözləyəcək.

Qeyd edək ki, “Simurq” – “AzAL” oyunu aprelin 1-də saat 15:00-da start götürəcək. Qarşılaşma “İdman Azərbaycan” kanalından canlı yayımlanacaq.

Həmin kateqoriyadan