- Baxış sayı: 33
- 22 İyun 2026 03:39
- Baxış sayı: 33
- İyun 22, 2026
- 0
“Simurq” transfer çalışmalarını davam etdirir. Allsport.az xəbər verir ki, Zaqatala klubu bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb.
Sözügedən komanda “İnter”in hücumçusu Mirzağa Hüseynpuru icarə əsasında heyətinə qatıb. Mövsümün sonuna qədər “Simurq”un uğurları üçün çalışacaq yarımmüdafiəçi “9” nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, “Simurq” transfer çalışmalarını dayandırmayıb. Yaxın günlərdə daha bir neçə futbolçunun keçidi rəsmiləşdiriləcək.