FOTO
“Simurq” ilin ilk matçına hazırlığı başa vurdu

“Simurq” bu gün 2014/15-ci il mövsümünün qış fasiləsindən sonra ilk oyununa çıxacaq. Allsport.az xəbər verir ki, bu komanda Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Xəzər Lənkəran”ı qonaq edəcək.

“Sarı-qaralar” saat 17:00-da start götürəcək qarşılaşmanın hazırlıqlarını tamamlayaraq istirahətə çəkilib. Son çalışmada yalnız ayağında ağrılar hiss edən Əli Gökdəmir iştirak etməyib. Yeni transfer Cihan Özkara komandanın heyətində ilk məşqinə çıxıb. Hazırlığa qaçış və isinmə hərəkətləri ilə başlanılıb. Üç qrupa bölünərək “kvadrat” oynanılıb. Daha sonra ikitərəfli oyun keçirilib. Məşqin sonunda cinahlardan asmaların qapanması və qapıya zərbələr yerinə yetirilib.

Həmin kateqoriyadan