YENİLƏNİB
Zaqatalada hərəyə 1 xal

Bu gün Topaz Premyer Liqasında 16-cı tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

İlk oyun günündə “Simurq” “İnter”i qəbul edib. Oyunda hesabı Zaqatala təmsilçisi açıb. Amma qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə bərabərlik qolunu vurmağa nail olan “bankirlər” çətin səfərdən 1 xalla qayıtmağı bacarıblar.

Topaz Premyer Liqası
16-cı tur
13 dekabr (şənbə)

“Simurq” – “İnter” 1:1 (1:0)
Qollar: D.Çeran, 43 (1:0). F.Nildo, 90+2 (1:1).
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev.
Zaqatala şəhər stadionu. Saat 17:00.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 13. Əli Gökdemir, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 12. Franka Nildo, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 7. Abdulla Abatsiyev, 10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 27. Dieqo Madriqal, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç.
Məşqçi: Zaur Svanadze.

Turun qalan oyunları sabah keçiriləcək: 14 dekabr (bazar) – “Bakı” – “Xəzər Lənkəran”, “Qəbələ” – “Qarabağ”, “Neftçi” – “Sumqayıt”.

Bombardirlər:
8 – Mikel Alvaro (“İnter”).
6 – Nurlan Novruzov (“Bakı”), Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran (“Simurq”).

Həmin kateqoriyadan