Georgi Çixradze “ağ-qaralar”la matçda nədən narahatdır?

Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasına 11-ci turdan sonra müvəqqəti fasilə verilmişdi. Allsport.az xəbər verir ki, bu gün çempionat qaldığı yerdən davam edəcək.

“Simurq” doğma arenada “Neftçi”ni qonaq edəcək. Zaqatala təmsilçisi saat 17:00-da start götürəcək qarşılaşmanın hazırlıqlarını tamamlayıb. İndiyədək “Neftçi” ilə Zaqataladakı görüşlərdə qələbəyə həsrət qalan Georgi Çixradzenin komandası paytaxt təmsilçisilə oyuna ciddi itkilərlə çıxacaq.

Uzun müddətdir zədədən əziyyət çəkən Banas Adam fasilə müddətində komandayla birgə məşqlərə başlasa da, bu matçda forma geyinə bilməyəcək. Murad Səttarlıya da qarşılaşmada şans verilməyəcək. Həmçinin Vüqar Mustafayev zədə səbəbindən “Neftçi” ilə oyunda komandasına kömək edə bilməyəcək. “Xəzər Lənkəran”la görüşdə sarı vərəqə limitini dolduran Rəşad Eyyubov da cəzalı duruma düşdüyündən bu matçı buraxmalı olacaq.

Həmin kateqoriyadan