- Baxış sayı: 79
- 04 May 2026 22:56
- Baxış sayı: 72
- May 06, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə çempionatının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Xəzər Lənkəran” – “Qəbələ” matçının 41-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Sumqayıt” – “Simurq” matçında “Simurq”un 4 , “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.