- Baxış sayı: 35
- 06 May 2026 20:33
- Baxış sayı: 216
- May 07, 2026
- 0
“Simurq”un əvəzedici heyəti qış təlim-məşq toplanışını davam etdirir. Allsport.az xəbər verir ki, yanvarın 4-dən Zaqatalada hazırlıqlara başlayan Rövşən Babayevin yetirmələri ötən gün ilk yoxlama görüşünə çıxıb.
Sözügedən komanda “Dalğa Arena”da 1-ci divizion təmsilçisi olan “Qaradağ Lökbatan”la qarşılaşıb. “Simurq”un əvəzediciləri bu görüşdən 3:0 hesabı ilə qalib ayrılıb. “Sarı-qaralar”ın qollarını Dəyanət Əsilli (2) və Vüsal İsgəndərli vurub.