“Simurq”un futbolçusuna 4 oyunluq dislifikasiya

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 12-ci və 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

12-ci turun “Simurq” – “Neftçi” matçında “Simurq”un 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Simurq”un futbolçusu Sərxan Abbaslı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

13-cü turun “Qarabağ” – AzAL matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Qəbələ” – “Simurq” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Həmin kateqoriyadan