- Baxış sayı: 98
- 15 Sentyabr 2026 13:56
- Baxış sayı: 79
- Sentyabr 25, 2026
- 0

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra futzal liqaları bağlı qərarlar qəbul edilib:
Yüksək liqanın EKOL – “Araz” matçının 29-cu dəqiqəsində “Araz”ın futbolçusu Xətai Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
1-ci Liqanın “Baku Fire” – “Standard” matçının 20-ci dəqiqəsində “Baku Fire” klubunun futzalçısı Saleh Əzizov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
“Sovetski” – U-19 matçında “Sovetski” komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.