- Baxış sayı: 93
- 21 May 2026 20:30
- Baxış sayı: 35
- İyun 26, 2026
- 0

DÇ-2022-nin elit mərhələsinin ilk turunda Azərbaycan millisini məğlub edən Xorvatiyanın baş məşqçisi Mato Stankoviç açıqlama verib.
Allsport.az xəbər verir ki, 2:0 hesablı qələbəni şərh edən xorvat mütəxəssis Azərbaycan millisində əcnəbi oyunçuların bol olmasından danışıb:
“Belə çətin qarşılaşmanı gözləyirdik. Futzalda hamı bilir ki, Azərbaycan yığmasının Azərbaycana aiddiyatı yoxdur. Bu, Azərbaycan-İran-Braziliya milli komandasıdır. Buna görə də ağır oyun gözləyirdik. Rəqibdə əcnəbilərin bolluğuna baxmayaraq, təzyiq etdik. Mükəmməl oyunumuza müdafiədə diqqətli davranmağımızı xüsusi əlavə edərdim”.
Milli DÇ-nin elit-raunduna 14 futzalçı ilə yollanıb. Onlardan 8-i milliləşdirilən oyunçulardır.