- Baxış sayı: 56
- 08 May 2026 16:02
- Baxış sayı: 155
- May 08, 2026
- 0

Stolüstü tennisçilərimiz böyüklər arasında şəxsi Avropa çempionatında iştirak edəcəklər.
Allsport.az xəbər verir ki, seçmə komandamız bu məqsədlə Avstriyaya yollanıb. Lints şəhərində təşkil olunacaq yarışda baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihat Məmmədov və Hilal Həsənov qələbə uğrunda mübarizə aparacaq. Sabah başlanacaq Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.