Stolüstü tennisçilərimiz dünya çempionatına hazırlaşırlar

Aprelin 13–dən Azərbaycanın stolüstü tennis üzrə yığma komandası üzvlərinin “Şüa“ İdman Sağlamlıq Kompleksində təlim–məşq toplanışı keçiriləcək. Allsport.az xəbər verir ki, baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə aprelin 21–dək davam edəcək toplanışda tennisçilərimiz texniki, fiziki və ümumi hazırlıq səviyyələrini artıracaqlar.

Tədbirin keçirilməsində əsas məqsəd aprelin 26–dan mayın 3–dək Çinin Suçjou şəhərində keçiriləcək dünya çempionatına hazırlıqdır. 126 ölkədən 600–dək idmançının qatılacağı çempionatda Azərbaycan 5 idmançı ilə təmsil olunacaq.

Həmin kateqoriyadan