Subaşiç vətəninə qayıdır

Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç Serbiyaya qayıtmağa qərar verib. Allsport.az xəbər verir ki, son illərdə Türkiyə PTT 1-ci liqasında top qovan millimizin sabiq üzvü bundan sonra vətənində çıxış edəcək.

33 yaşlı forvard “Belqrad”la danışıq aparır. Yaxın günlərdə o, klubun düşərgəsinə qoşulmalı və müqaviləyə imza atmalıdır.

Qeyd edək ki, Subaşiç vaxtilə Serbiyanın “Sremçitsa” və “Srvena Zvezda” klublarında top qovub.

Həmin kateqoriyadan