“Kimyaçılar” AzAL və “Zirə” ilə yoxlama görüşü keçirəcək

“Sumqayıt” klubu təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirəcək. Allsport.az xəbər verir ki, Aqil Məmmədovun planına əsasən, komanda yanvarın 17-də və 19-da AzAL-la qarşılaşacaq.

“Sumqayıt” yanvarın 23-də isə 1-ci divizion təmsilçisi “Zirə”ni qəbul edəcək. Yanvarın 14-də keçirilməsi planlaşdırılan yoxlama oyunu üçün rəqibin kimliyi hələ məlum deyil.

Qarşılaşmaların başlama vaxtı və keçiriləcəyi məkanlarla bağlı klubun rəsmi saytında məlumat veriləcək.

Həmin kateqoriyadan