FOTO
“Sumqayıt” “Bakı” ilə sınaq matçı keçirəcək

“Sumqayıt” Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsi üçün hazırlığı davam etdirir. Allsport.az xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”da növbəti məşqinə çıxıb.

“Sumqayıt” sabahdan təlim-məşq toplanışına oturacaq. Qeyd edək ki, komanda hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 14-də “Bakı”ya qarşı keçirəcək. Həmin qarşılaşma saat 14:00-da “Kapital Bank Arena”da keçiriləcək.

Yeri gəlmişkən, “Sumqayıt”ın əvəzediciləri də yanvarın 14-də saat 11:30 1-ci liqa təmsilçisi “Neftçala” ilə doğma arenada üz-üzə gələcək.

Həmin kateqoriyadan