“Sumqayıt” futzal məktəbinin açılışı olub

“Sumqayıt” futzal məktəbinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, şəhər olimpiya idman kompleksində keçirilən mərasimində 60-a yaxın gənc iştirak edib. 

Tədbirdə AFF prezidenti Zaur Axundov, “Sumqayıt” klubunun rəhbəri Riad Rəfiyev, müşahidə şurasının üzvləri Abdulla Məmmədov, Telman Salahov, Sumqayıt şəhər gənclər və idman baş idarəsinin rəisi Elgün Hümbətov, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva, millinin üzvləri Rizvan Fərzəliyev və Vitali Borisov iştirak ediblər. 

Həmin kateqoriyadan