FOTO
“Sumqayıt” – “Rəvan” matçında 9 qol

Bu həftə istirahət edəcək “Sumqayıt” növbəti tura hazırlıq məqsədi ilə yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Aqil Məmmədovun komandası “Bayıl Arena”da 1-ci divizion təmsilçisi “Rəvan”la üz-üzə gəlib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə sumqayıtlılar 6:3 hesabı ilə qələbə qazanıb. “Sumqayıt”dan qolları Murad Ağayev, Orxan Əliyev, Nodar Məmmədov, Aleksandr Çertoqanov və Budaq Nəsirov vurub. Daha bir qolu avtoqol sonrası qeydə alınıb.

Sabah istirahət edəcək “Sumqayıt” fevralın 7-dən etibarən 21-ci turda qarşılaşacağı “Bakı” ilə oyunun hazırlığına başlayacaq.

Həmin kateqoriyadan