FOTO
“Sumqayıt” yeni ildə ilk məşqinə çıxdı

“Sumqayıt” 2014/2015 mövsümünün 3-cü dövrəsi üçün hazırlığa start verib. Allsport.az xəbər verir ki, “kimyaçılar” Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni ildə ilk məşqinə çıxıb.

Komandanın heyətində zədəli futbolçu yer almır. Sumqayıtlılar yanvarın 11-dən etibarən doğma şəhərdə təlim-məşq toplanışına yığışacaq. Komanda bu proses çərçivəsində 4 yoxlama görüşü keçirəcək. Sumqayıtlılar yanvarın 17-də AZAL-la üz-üzə gələcək.

Həmin kateqoriyadan