Tərlan Əhmədov: “Günah məndədir”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Hər iki komandanın ifasında mübarizəli oyun getdi. Futbolçulara demişdim ki, bu tip oyunlarda görüşün taleyini bir səhv həll edir. Rəqib şanslarından daha yaxşı yararlandı. Biz penaltini dəqiq yerinə yetirsəydik, hər şey fərqli ola bilərdi. Məğlubiyyətə görə günah məndədir. Yəqin ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm. Futbolçuların mübarizəsindən razıyam. Bizim hələ ki, şansımız var. Çətin oyunlardan qalib ayrılıb, məqsədə çata bilərik. Oyunda verilən penalti qərarlarına gəlincə, bu barədə geniş danışmaq istəmirəm. Epizoda daha yaxın olan şəxs hakimdir. Onun işinə isə müvafiq qurumlar qiymət verir”.

Həmin kateqoriyadan