FOTO
Tərlan Əhmədovun “Beşikdaş” səfəri davam edir

Xəbər verdiyimiz kimi, AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Türkiyədə səfərdədir. Allsport.az xəbər verir ki, İstanbula səfərin məqsədi PRO kateqoriyası almaq üçün keçirilən kursla bağlıdır.

Kateqoriyanın tələblərinə uyğun olaraq, 43 yaşlı mütəxəssis dekabrın 23-dən 29-na qədər İstanbul nəhənglərindən “Beşikdaş”da təcrübə toplayacaq. “Qara qartallar”ın bazasında bir həftəlik təlimdə olacaq Əhmədov komandanın məşqlərində iştirak edəcək, “ağ-qaralar”ın baş məşqçisi Slaven Biliçlə görüşəcək və xorvatiyalı çalışdırıcıyla fikir mübadiləsi aparacaq.

Dekabrın 29-dək davam edəcək səfərin əsas məqsədi isə kateqoriya tələblərinə uyğun olaraq, aşağı yaş qruplarında işlərin necə getdiyini, uşaqlarla iş prinsipini öyrənmək, “Beşikdaş”ın akademiyasının strategiyası ilə yaxından tanış olmaqdır. Tərlan Əhmədov həmçinin klubun infrastruktu ilə də tanış olacaq.

Baş məşqçi artıq akademiya ilə tanışlığı başa vurub. Aşağı yaş qruplarından birinin məşqini izlədikdən sonra isə Əhmədov “Beşikdaş”ın Gənclik İnkişaf Proqramının koordinatoru və texniki direktoru Əmrah Bayraqdarla görüşüb. Görüşdən sonra xatirə şəkli də çəkilib.

Həmin kateqoriyadan