VİDEO
“Təyyarəçilər” belə qalib gəldilər

Xəbər verdiyimiz kimi, AzAL qış hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, yenə “Sumqayıt”la, bu dəfə “AzAL Arena”da baş tutan görüşdə meydan sahibləri qələbə qazanıb.

Daha öncə “Qaradağ Lökbatan” (2:2) və elə “Sumqayıt”la (0:0) heç-heçə edən “təyyarəçilər” bu dəfə qələbəyə sevinib. AzAL-ın aşkar üstünlüyü şəraitində keçən görüşün 68-ci dəqiqəsində Seymur Əsədovdan gözəl ötürmə alan Təmkin Xəlilzadə fərqlənib. Xəlilzadə oyunun son dəqiqəsində fərqi artırmaq üçün real fürsət yaxalasa da, penaltini dəqiq yerinə yetirməyib.

Qeyd edək ki, AzAL növbəti yoxlama oyununu yanvarın 22-də “Bakı”ya qarşı keçirəcək. Görüş “AzAL Arena”da baş tutacaq.

Həmin kateqoriyadan