FOTO
Sumqayıtda heç-heçə

Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsinə hazırlaşan “Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, ilk yoxlama matçında “Bakı” ilə qarşılaşan (5:1) Aqil Məmmədovun komandası bu dəfə “Kapital Bank Arena”da AzAL-la üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyununu yanvarın 19-da “AzAL Arena”da yenidən AzAL-a qarşı keçirəcək.

“Sumqayıt” bu heyətlə çıxış edib: Andrey Popoviç, Cəmil Hacıyev, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Tərzin Cahangirov, Aleksandr Çertoqanov, Orxan Əliyev, Ruslan Poladov, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.

Meydana sonradan daxil olanlar: Şahruddin Məhəmmədəliyev, Nodar Məmmədov, Murad Ağayev, Budaq Nəsirov, Təvəkkül Məmmədov, Pərdis Fərcad-Azad.

Həmin kateqoriyadan