Transfer pəncərəsinin müddəti uzadılıb

Futzal yüksək liqasında yeni mövsüm üçün transfer pəncərəsinin müddəti uzadılıb. Allsport.az saytı xəbər verir ki, iyulun 5-də açılan dövr oktyabrın 10-dək davam edəcək.

Azərbaycan çempionatının iştirakçıları oyunçuların transferini və qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, daha 18 gün müddətində həyata keçirə bilərlər.

Nazirlər kabineti yanında operativ qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVİD pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.

Həmin kateqoriyadan