U-21-in toplanış üçün heyəti açıqlandı

Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayın 23-dən 24-dək Bakıda, mayın 25-dən iyunun 5-dək isə Sloveniyanın paytaxtı Lyublyanada təlim-məşq toplanışı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, hazırlığa Elşən Abdullayev, Rahil Məmmədov, Fəhmin Muradbəyli, Məqsəd İsayev (hamısı – “Neftçi”), Azər Salahlı, Mahir Mədətov (hər ikisi – “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (“Qəbələ”), Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (“Zirə”), Tural Hümbətov, Ruslan Nəsirli (AzAL), Elnur Cəfərov (klubsuz), Fuad Bayramov, Abbas Hüseynov, Taşkın Sertan (“İnter”), Rəşad Əzizli (“Rəvan”), Orxan Əliyev, Budaq Nəsirov (“Kəpəz”), Tərlan Əhmədli, Xəyal Nəcəfov (“Sumqayıt”), Orxan Qurbanlı (“BFC Daugavpils”, Latviya) və Dmitri Nağıyev (“Dnipro”, Ukrayna) dəvət olunublar.

Qeyd edək ki, Elşən Abdullayev, Rahil Məmmədov, Məqsəd İsayev, Fəhmin Muradbəyli və Mahir Mədətov komandaya mayın 26-da, Vüqar Mustafayev, Adil Nağıyev və Budaq Nəsirov isə bir gün sonra qoşulacaq.

Həmin kateqoriyadan