- Baxış sayı: 45
- 05 May 2026 10:40
- Baxış sayı: 122
- May 04, 2026
- 0
Noyabrın 18-də lisenziyalaşdırma prosesi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirilib. Allsport.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən seminarda UEFA nümayəndəsi Stuart Dykesın tərəfindən nəzəri məlumatlar və praktiki məşğələlər təqdim olunub.
Tədbirdə AFFA və PFL nümayəndələri, klubların azarkeşlərlə əlaqələndirici şəxsləri, təhlükəsizlik xidməti rəisləri və Fan Klub nümayəndələri iştirak edib. Seminarın sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.